Xəzər Xəbər

Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib

Cəmiyyət | 16:57 • 28 İyul 2023
Rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

DİN-in mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub.

Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib: "İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq".

Xəbər lenti

Çox oxunanlar