Xəzər Xəbər

Aşağı qaz istifadəsi limitini keçməyən abonentlərin sayı açıqlanıb

Cəmiyyət | 16:28 • 28 İyul 2023
Aşağı qaz istifadəsi limitini keçməyən abonentlərin sayı açıqlanıb

Bu ilin yanvar-iyun aylarında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əhali qrupu üzrə abonentlərin 67,5%-i ( 1 689 244 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək, 12 qəpik) keçməyib.

Xezerxeber.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

 

Onun sözlərinə görə, hesabat dövründə abonentlərin 29,2%-i (730 969 abonent) orta qaz istifadəsi tarifindən (1 200-2 500 kubmetr çərçivəsində, 20 qəpik) yararlanıb.

Eldəniz Vəliyev əlavə edib ki, hesabat dövründə 83 543 abonent (ümumi abonentlərin 3,3 %-i) 25 qəpiklik tarifdən istifadə edib.

 

Xəbər lenti

Çox oxunanlar