Xəzər Xəbər

Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası keçirilir ÜNVAN

Cəmiyyət | 10:15 • 28 İyul 2023
Aşura günü ilə bağlı məscidlərdə qanvermə aksiyası keçirilir

Bu gün Məhərrəm ayının Aşura günüdür.

Xezerxeber.az-ın məlumatına görə, Aşura günü ilə əlaqədar paytaxtda 8 məscid və ziyarətgahlarda, regionlarda isə Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyaları keçirilir.

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə keçirilən aksiyaya 160 personal cəlb edilib.

Qanvermə aksiyasında 18-65 yaş arası, çəkisi minimum 50 kq olan sağlam fiziki şəxslər iştirak edə bilərlər.

Aksiya aşağıdakı ünvanlarda keçirilir

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu Sahib əz-Zaman məscidi

Səbail rayonu Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu Qaraçuxur məscidi

Yasamal rayonu Təzə Pir məscidi

Yasamal rayonu Hacı Soltanəli məscidi

Binəqədi rayonu İmam Əli məscidi

Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələri.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində həyata keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası dindarlara müraciətində qeyd edir ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.

Xəbər lenti