Xəzər Xəbər

Qatarlarda elektron ödəniş aktivləşdirildi

Cəmiyyət | 15:57 • 27 İyul 2023
Qatarlarda elektron ödəniş aktivləşdirildi

"Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmir yolu xəttində (Bakı-Sumqayıt sürətli elektrik qatarları) "Visa" bank kartlarına bağlı olan “Apple pay”, “Google pay” və digər elektron ödəniş üsullarını yenidən aktivləşdirib.

Xezerxeber.az bu barədə "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

Məlumata görə, sərnişin həm giriş, həm də çıxış zamanı eyni ödəniş vasitəsindən istifadə etməlidir. Yəni, əgər sərnişin “Google pay” vasitəsilə platformaya daxil olursa, mütləq çıxış zamanı da “Google pay”dən istifadə etməlidir. Əks halda həm plastik kart, həm də elektron ödəniş üsulu üzrə ən uzun məsafəyə uyğun cərimə tətbiq ediləcək.

Xəbər lenti

Dönər bahalaşacaq VİDEO
19:34 • 7 Noyabr 2024