Xəzər Xəbər

Təsdiqedici sənəd verilməsini gecikdirən utilizatorlar 5 min manat cərimələnəcək

Cəmiyyət | 14:45 • 27 İyul 2023
Təsdiqedici sənəd verilməsini gecikdirən utilizatorlar 5 min manat cərimələnəcək

Utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə təsdiqedici sənədin verilməməsinə görə vəzifəli şəxslər 3000 manat məbləğində, hüquqi şəxslər 5000 manat məbləğində cərimə ediləcəklər.

Xezerxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. 

Qanuna əsasən, utilizator, yaxud nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxs tərəfindən nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın nüsxəsinin “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada və müddətdə nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsə verilməməsinə və ya nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora göndərilməməsinə görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə ediləcəklər.

Həmçinin qanuna əsasən, utilizator tərəfindən “Tullantılar haqqında” qanunda nəzərdə tutulan qaydada verilən təsdiqedici sənədlərlə bağlı yazılı məlumatın nəqliyyat vasitələrinin utilizasiyası üzrə operatora vaxtında verilməməsinə görə vəzifəli şəxslər 700 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə olunacaqlar.

Xəbər lenti

Dönər bahalaşacaq VİDEO
19:34 • 7 Noyabr 2024