Xəzər Xəbər

Özəl pensiya fondunun yaradılması istiqamətində işlər görülür

Cəmiyyət | 12:39 • 27 İyul 2023
Özəl pensiya fondunun yaradılması istiqamətində işlər görülür

Özəl pensiya fondunun yaradılması üçün normativ hüquq sənədlərin hazırlanması istiqamətində işlər görülür.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransı zamanı deyib.

“Özəl pensiya fonduna investisiyalar uzunmüddətli hesab olunur. Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq”, - o bildirib.

Xəbər lenti

Çox oxunanlar