Xəzər Xəbər

Birdəfəlik ödəniş alan Birinci Qarabağ müharibəsi veteranlarının sayı açıqlanıb

Cəmiyyət | 11:47 • 27 İyul 2023
Birdəfəlik ödəniş alan Birinci Qarabağ müharibəsi veteranlarının sayı açıqlanıb

1991-1997-ci illərdə hərbi xidmətlə bağlı xəsarət almış 17 min 234 şəxsə proaktiv formada birdəfəlik ödəniş təyin edilib. Cari il ərzində həmin ödənişin təyin olunduğu şəxslərin sayı isə 362 nəfər təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Fondun 2023-cü ilin birinci yarısında gördüyü işlərə, yeniliklərə, qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin ödənişlərin verilməsi üçün ümumilikdə 109.9 milyon manat, cari il üzrə isə 2.6 milyon manat vəsait sərf edilib.

Xəbər lenti

Çox oxunanlar