“Bir neçə gün əvvəl məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sertifikasiyası ilə bağlı qərar qəbul olunub. Ümumtəhsil müəssisələrində artıq bu prosesə başlanılıb. Məktəbəqədər təhsil müəssisələrində də bizə çox keyfiyyətli pedaqoji heyət lazımdır”.
Xezerxeber.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəo lunması sektorunun müdiri İlahə Rəsulova bildirib.
Onun sözlərinə görə, bilik-bacarıq daima yenilənməlidir, bu isə sertifikasiyasını daha da zəruriləşdirib: “Məktəbəqədər təhsil müəssisələrinin təhsilverənlərinin sertifikasiyası üçün qayda və mexanizmlə bağlı işlərə başlanılıb. 2026-cı ilə qədər məktəbəqədər təhsil müəssisələrinin 17 minə yaxın təhsilverəninin sertifikatlaşdırılması nəzərdə tutulub. Bağça müəllimləri artıq buna indidən hazırlaşmağa başlamalıdır. Sertifikasiya imtahanlarında mövcud olan ədəbiyyatlara, nəzəriyyələrə söykənən suallar olacaq”.