Xəbər verdiyimiz kimi yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Lənkəran Rayon İcra Hakimiyyətindən bildirilib ki, heç bir dağıntı yoxdur.
"Bununla bağlı rayon sakinlərindən icra hakimiyyətinə hər hansı bir müraciət daxil olmayıb", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub. (trend)