Xəzər Xəbər

Elektron siqaretlərlə bağlı dövlət standartı QƏBUL EDİLİR

Cəmiyyət | 17:40 • 25 İyul 2023
Elektron siqaretlərlə bağlı dövlət standartı

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən elektron siqaretlərlə bağlı dövlət standartının qəbul olunması istiqamətində iş aparılır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, standart layihəsi hazırda dövlət orqanları ilə razılaşdırma mərhələsindədir.

İstehlakçılar müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması halları ilə qarşılaşdıqları zaman İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt (office@competition.gov.az) və 195-1 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər.

Xəbər lenti