Şəhər mobilliyi prinsiplərinə uyğun olaraq Bakı şəhərində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması, nəqliyyat axınlarının effektiv idarəolunması məqsədilə tədbirlər davam etdirilir.
Yerüstü Nəqliyyat Agentliyindən Xezerxeber.az-a bildirilib ki, bu tədbirlər çərçivəsində daha bir küçədə sürət həddi endirilib.
Paytaxtın Yusif Vəzir Çəmənzəminli küçəsində sürət həddi 60 km/saatdan 50 km/saata endirilib.
Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələri xahiş edilir.