Xəzər Xəbər

Döş xərçəngi ilə mübarizədə yeni kəşfə imza atıldı

Cəmiyyət | 15:18 • 25 İyul 2023
Döş xərçəngi ilə mübarizədə yeni kəşfə imza atıldı

Liverpul Universitetindən bir qrup araşdırmaçı döş xərçəngi xəstəliyini törədən hüceyrələri məhv etmək potensialına malik tibbi birləşmə yaradıblar.

AZƏRTAC “ScienceDaily” saytına istinadən xəbər verir ki, Liverpul Universitetinin kimyaçı və bioloqlarının, həmçinin Çinin Nanjing Tibb Məktəbinin birgə tədqiqatlarına əsasən, döş xərçəngi xəstəliyindən əziyyət çəkən bir qrup heyvanın müalicəsi zamanı xərçəng hüceyrələrinin digər orqanlara yayılmasının qarşısını almaq mümkün olub. Bundan öncə də xəstəliyə səbəb olan şişi cərrahi əməliyyatla götürmək mümkün idi, lakin ondan əmələ gələn xərçəng hüceyrələrinin orqanizmə yayılmasının qarşısını almaq mümkün deyildi.

Liverpul Universitetinin professoru həkim Gemma Nixon qeyd edir ki, növbəti mərhələdə onlar eyni təcrübəni daha böyük heyvan qrupu ilə digər xərçəng növləri üzərində davam etdirmək niyyətindədirlər.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar