Əvvəlki illərdən bağlı qalmış 4 xüsusilə ağır cinayətin üstü açılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında deyib.
İclasda çıxış edən Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Qeyd edilib ki, 2023-cü ilin birinci yarımilində prokurorluq, daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 4 qəsdən adam öldürmə cinayətin üstünün açılması təmin edilib. Habelə, qeyri-aşkar şəraitdə törədilmiş 20 qəsdən adam öldürmə cinayətinin isti izlərlə açılması təmin olunub.