"Azərpoçt" MMC Azərbaycanda özünün postamat şəbəkəsini işə salacaq.
Xezerxeber.az xəbər verir ki, bunu "Azərpoçt" MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilov 2023-cü ilin birinici yarısının yekunlarına həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, ölkədə quraşdırılacaq xüsusi postamatlar vasitəsilə vətəndaşlar öz bağlamalarını götürə biləcəklər. Postamatlar 24/7 rejimdə işləyəcək.
Qeyd edək ki, postamatlar bağlamaların verilməsi üçün avtomatlaşdırılmış terminal olmaqla alternativ çatdırılma kimi nəzərdə tutulub. Postamatların köməyilə vətəndaşlar bağlama və ya məktublarını poçt əməkdaşının iştirakı olmadan sərbəst şəkildə götürə biləcəklər.