Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək.
Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Xezerxeber.az-a bildirilib ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Esse mərhələsində 716 namizədin iştirakı nəzərdə tutulur.
Namizədlər link vasitəsilə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.