Bərdədə bazarın fəaliyyəti müvəqqəti dayandırılıb.
Əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.
Hazırda əraziyə Fövqəladə Hallah Nazirliyinin və hüquq mühafizə orqanlarının əməkdaşları nəzarət edir.
Sahibkarların verdiyi məlumata görə, səbəb kimi, bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia edilir. Bazar ərazisində su anbarının, fövqəladə hal zamanı yanğınsöndürmə avtomobillərinin əraziyə giriş-çıxış yollarının olmaması, mağazalarda yanğın təhlükəsizliyi əleyhinə tələb olunan şərtlərin pozulması göstərilir. (report)