Bu gün keçirilən qəbul imtahanında 7 nəfərdə mobil telefon aşkarlandığı üçün onlar imtahandan xaric edilib. İmtahandan xaric olunanların nəticələri ləğv edilir və ali təhsil müəssisələrinin müsabiqəsinə buraxılmırlar.
Bu barədə Xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Xatırladaq ki, bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.