Xəzər Xəbər

Bakıda zibillikdə aşkarlanan körpənin anası müəyyənləşdirilib YENİLƏNİB

Cəmiyyət | 10:31 • 18 İyul 2023
Bakıda zibillikdə aşkarlanan körpənin anası müəyyənləşdirilib

Ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a verilən xəbərə görə, dərhal Polis Şöbəsinin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib.

Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib. Hazırda həmin şəxs barəsində toplanmış materiala hüqiqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam edir.

09:10

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Xezerxeber.az xəbər verir ki, iyulun 17-də Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətdə uşaq aşkar edilib.

Dərhal körpə 1 saylı Körpələr evinə yerləşdirilib.

Körpənin bədəninin üzərində hər hansı xəsarət izləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar