Xəzər Xəbər

Avtobus hesab edilməyən nəqliyyat vasitələri sərnişindaşımanı İFLİC EDİB

Cəmiyyət | 13:12 • 12 İyun 2023
Avtobus hesab edilməyən nəqliyyat vasitələri sərnişindaşımanı

“Fərqlənmə nişanı”n verilməsindən imtina etmək mümkün deyil.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Anar Rzayev bildirib ki, bu sahədə sanksiyalar da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzarətində deyil:

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən daşıyıcıların vahid uçotunun aparılmasına da “Fərqlənmə nişanı” şərait yaradıb. Sektorun iki sahəsi tənzimləmədən kənarda qalıb. Avtobus hesab edilməyən nəqliyyat vasitələri ilə rayonlararası sərnişin daşımalar da bunlardan biridir. Bu, müntəzəm sərnişindaşımaları demək olar iflic vəziyyətinə gətirib. Qeyd etdiyimiz nəqliyyat vasitələri üçün ümumiyyətlə, bilet satışı yoxdur. Avtovağzallarda da vəziyyət yaxşı deyil”. (Apa)

 

Xəbər lenti

Çox oxunanlar