Xəzər Xəbər

Birinci ixtisas qrupu imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Cəmiyyət | 17:19 • 4 İyun 2023
Birinci ixtisas qrupu imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə iyunun 4-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.

DİM-dən Xezerxeber.az-a bildirilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür.

Xəbər lenti