Xəzər Xəbər

Sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxsin görüntüləri yayılıb DİN

Cəmiyyət | 09:03 • 3 İyun 2023
Sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxsin görüntüləri yayılıb

Sosial şəbəkələrdə özünü polis əməkdaşı kimi təqdim etməklə iddialar səsləndirən şəxsin görüntüləri yayılıb. Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev  bildirib ki, həmin şəxs polis orqanlarında xidmət edib və xidmət etdiyi dövrdə vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər əsasında mart ayında ciddi nöqsanlarına görə Binəqədi RPİ rəisinin əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Sonradan Asim Kərimov özünü polis əməkdaşı kimi təqdim etməklə vətəndaşlara qarşı qanunsuz əməllərini davam etdirib.

Qanunsuz əməllərinə görə onun barəsində araşdırma başlanılıb. Buna görə o, barəsində aparılan icraatdan yayınmaq üçün sosial şəbəkələrdə əsassız, həqiqətə uyğun olmayan iddialar səsləndirir.

Qeyd edək ki, sosial şəbəkələrdə A.Kərimov Abşeron Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayevin qohumu kimi təqdim edilir və elə həmin vaxt onun əmri ilə orqandan xaric edilib.

Xəbər lenti

Çox oxunanlar