Xəzər Xəbər

Bələdiyyə sədrlərini qəpik atıb seçdilər

Cəmiyyət | 17:14 • 2 İyun 2023
Bələdiyyə sədrlərini qəpik atıb seçdilər

İspaniyada mayın 28-də keçirilən yerli seçkilərdə əhali sayı az olan 5 yaşayış məntəqəsində namizədlər bərabər səs topladığı üçün bələdiyyə sədrləri "qəpik atma" yolu ilə müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

Seçki qanunlarına əsasən, bərabər səs toplayan namizədlər arasında püşkatma keçirilib. 28 may seçkilərində də oxşar təcrübədən istifadə edilib. Belə ki, 5 yaşayış məntəqəsinin bələdiyyə başçısı "qəpik atma" üsulu ilə seçilib.

Bildirilib ki, qaliblər növbəti seçkilərə qədər 4 il xidmət edəcəklər.

Xəbər lenti

Çox oxunanlar