Xəzər Xəbər

Azərbaycandakı avtomobillərin 60 faizinin istismar müdəti 20 ildən artıqdır

Cəmiyyət | 11:32 • 1 İyun 2023
Azərbaycandakı avtomobillərin 60 faizinin istismar müdəti 20 ildən artıqdır

Ölkədə 1 milyon 700 mindən çox nəqliyyat vasitəsi var. Bunun 60 faizinin istismar müdəti 20 ildən artıqdır.

Xezerxeber.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Elvin Hüseynzadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

"Hesab edirik ki, yeni qanun layihəsi bu prosesin tənzimlənməsinə öz müsbət təsirini göstərəcək",-deyə o bildirib.

Xəbər lenti