Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Bu barədə Xezerxeber.az-a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.