Azərbaycanda imtahan zalına qumbara keçirməyə çalışan olub.
Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında belə bir sensasiyalı açıqlama deyib.
"Əvvəllər imtahan zalına hansısa alətlər, bıçaq və qumbara keçirmək istəyənlər olub. Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır", - Abbaszadə deyib.