Bundan sonra yenilənən e-Tabib tətbiqində "GPS" vasitəsilə Təcili Tibbi Yardım ambulansını olduğunuz nöqtəyə çağırmaq mümkün olacaq.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Kibertəhlükəsizlik Mərkəzindən bildiriblər.
Artıq yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub. Tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcək.