Xəzər Xəbər

COVID-19-a 36 yeni yoluxma faktı qeydə alınıb

Cəmiyyət | 16:44 • 11 Mart 2023
COVID-19-a 36 yeni yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 min 906 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 548 nəfər müalicə olunaraq sağalıb, 10 min 143 nəfər vəfat edib. Aktiv xəstə sayı 215 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1519, bu günə qədər isə ümumilikdə 7 milyon 540 min 198 test icra olunub.

Xəbər lenti