Bu gün Bakıda atışmada yaralananlardan biri Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsidir.
Xezerxeber.az xəbər verir ki, bu barədə ATU məlumat yayıb.
"Təəssüf hissi ilə bildiririk ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb. Adıçəkilən tələbə 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb" - məlumatda qeyd edilib.