Xəzər Xəbər

Abşeron yarımadasında su paylayıcı şəbəkələrin 70 faizindən çoxu istismar müddətini başa vurub

Cəmiyyət | 17:00 • 10 Mart 2023
Abşeron yarımadasında su paylayıcı şəbəkələrin 70 faizindən çoxu istismar müddətini başa vurub

Abşeron yarımadasında su itkiləri Abşeron rayonunda, Bakı şəhərinin ətraf qəsəbələrində - Sabunçu, Suraxanı, Binəqədidə daha çoxdur. Bu da ötən əsrin əvvəllərində həmin ərazilərdə baş vermiş sürətli inkişafla bağlıdır. Həmin inkişaf zamanı pərakəndə tikililərin salınması, dövlət şəhərsalma qaydalarına riayət olunmaması hazırda həmin ərazilərdə su itkilərinin daha çox olmasının əsas səbəbidir.

Xezerxeber.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.

"Təbiidir ki, o vaxtlar salınan su boruları sistemi köhnəlib. Abşeron yarımadasında paylayıcı şəbəkələrin 70 faizindən çoxu istismar müddətini başa vurub. Eyni zamanda, tikinti norma və qaydalarına uyğun gəlməyən şəbəkələr çəkilib. Bu da istər-istəməz itkilərə səbəb olur. "Azərsu" ASC bütün bu halların qarşısının alınması üçün işlər görür. Sayğaclaşma prosesi hələ tam başa çatmayıb. Dövlət bu sahəyə kifayət qədər investisiya ayırıb . Bu il də dövlət büdcəsindən vəsait ayrılacaq və sayğacsız abonentlərin bir hissəsi də sayğacla təmin olunacaq. Abonentləri, istehlakçıları sudan qənaətlə istifadəyə çağırıram",- deyib.

Xəbər lenti

Çox oxunanlar