Xəzər Xəbər

Su itkisi qeydə alınan rayonlar açıqlanıb SİYAHI

Cəmiyyət | 15:45 • 10 Mart 2023
Su itkisi qeydə alınan rayonlar açıqlanıb

Sabunçu, Suraxanı, Binəqədi və Abşeronda içməli su itkiləri daha çoxdur. 

Xezerxeber.az xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib. 

Qurum rəsmisi bildirib ki, pərakəndə tikililərin salınması, tikinti norma və qaydalarına uyğun olmayan şəbəkələrin yaradılması bunun əsas səbəbləridir. 

"Şəbəkələrimizin 70 faizi istismar müddətini başa vurub və qanunsuz su xətləri çəkilib", - deyə E.Məmmədov vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar