2023-cü ilin yanvar-fevral aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15,8 faiz (128 mln. manat) çox olmaqla 943 mln. manat vəsait yönəldilib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Pensiya islahatlarında yeni mərhələ kimi, minimum pensiya bu il fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb.
Həmçinin 2022-ci ildə pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilməklə pensiyaları artırılıb.
Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib.
Bu ilin iki ayı ərzində 7,1 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 78,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.