Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 2-ci nömrəsini çap edib.
DİM-dən Xezerxeber.az-a verilən xəbərə görə, bu nömrədə 2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib.
Bu nömrədə həmçinin:
- BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR;
- ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏLƏR;
1. TARİX FƏNNİNDƏN “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)”;
2. COĞRAFİYA FƏNNİNDƏN “Azərbaycanın iqtisadi rayonları”.
- 2022-ci ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTISASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI və digər zəruri materiallar təqdim olunub.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.