Martın 2-si səhər saatlarında ürəktutmasından vəfat etmiş tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin ölümündən öncə çəkilmiş ən son görüntüsü ortaya çıxıb.
Xezerxeber.az xəbər verir ki, fotoşəkil sosial şəbəkələrə yayılıb.
Hacı Şahin vəfat etməzdən bir neçə saat əvvəl müayinə üçün getdiyi xəstəxanadan evə qayıdarkən ərazinin mühafizə xidmətinin əməkdaşı ilə şəkil çəkdirib. Bu da onun ölümündən öncə ən son kadrı kimi qalıb.
Xezerxeber.az həmin fotonu təqdim edir: