Azərbaycan milli komandası və "Qarabağ" futbol klubunun müdafiəçisi Maksim Medvedev Bakının Əhmədli qəsəbəsində yerləşən hipermarketə edilmiş silahlı basqın nəticəsində ölən Həşimov Rüfət Rahib oğlu ilə bağlı paylaşım edib.
Xezerxeber.az xəbər verir ki, M.Medvdev Rüfət Həşomovla birgə şəklini paylaşıb.
O, paylaşıma "Allah rəhmət eləsin, sən bizim qəlbimizdəsən",-deyə sözlərini qeyd edib.
Xatırladaq ki, dünən paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı insidentdə “Unibank Kommersiya Bankı” ASC-nin əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.