Bu gün Bakıda hiperarketə silahlı hücum nəticəsində qətlə yetirilən Rüfət Həşimov 2-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı imiş.
Xezerxeber.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edilib ki, o, bir çox aktiv döyüş əməliyyatlarının iştirakçısı olub.
Rüfət Həşimov həm də kikboks üzrə respublika mükafatçısı olub.
Xatırladaq ki, R.Həşimov aldığı xəsarətdən hadisə yerində ölüb.
Bildirək ki, Rüfət Həşimov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı idi. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.