Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Xezerxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 828 min 682 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 366 nəfər müalicə olunaraq sağalıb, 10 min 127 nəfər vəfat edib. Aktiv xəstə sayı 189 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1415, bu günə qədər isə ümumilikdə 7 milyon 531 min 433 test icra olunub.