Xəzər Xəbər

Qatar reysləri üçün biletlərin qiymətləri açıqlandı YENİLƏNİB

Bu gün ilk səfər reallaşıb
Cəmiyyət | 16:00 • 4 Mart 2023
Qatar reysləri üçün biletlərin qiymətləri açıqlandı

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti mart ayının 18-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarını həyata keçirəcək.

Xezerxeber.az verir ki, müvafiq marşrut üzrə biletlər 4 mart tarixindən etibarən satışa çıxarılıb.

309 km uzunluğunda olan Bakı-Qəbələ-Bakı marşrutu üzrə dördvaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarda standart (294), biznes (61) və birinci sinif (9) olmaqla ümumi 364 yer var.

Qatar həftəsonları olmaqla hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11.20-də mənzilbaşına çatacaq. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:20-da çatacaq.
Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN, biznes sinfi üçün 31 AZN, birinci sinif üçün isə 93 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.

12:32

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır.

Xezerxeber.az xəbər verir ki, bu gün Bakı-Qəbələ istiqamətdə ilk səfər reallaşıb.

Səfərin məqsədi Bakı-Qəbələ dəmir yolu xəttində və Qəbələ dəmir yolu stansiyasında görülən işlərlə tanış olmaqdır.

Martın 18-dən qatar reyslərinin fəaliyyətə başlayacağı nəzərdə tutulur. Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqədir. 

Xəbər lenti

Çox oxunanlar