Xəzər Xəbər

Nazir: Xaricdə attestatla təhsil alan tələbələrin yerli universitetlərə köçürülməsi mümkün deyil

Cəmiyyət | 16:41 • 27 Fevral 2023
Nazir: Xaricdə attestatla təhsil alan tələbələrin yerli universitetlərə köçürülməsi mümkün deyil

Türkiyədə zəlzələ baş verən ərazidəki universitetlərdə təhsil alan tələbələr minimal şərtləri ödədiyi təqdirdə onların yerli universitetlərə köçürülməsi həyata keçiriləcək.

Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, əgər tələbələr ölkə daxilində qəbul imtahanında keçid balını toplamayıbsa, attestatla təhsil alırsa, onların yerli ali təhsil müəssisələrinə köçürülməsi mümkün olmayacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar