Hər il dövlət sifarişli yerlərin sayı artır. Ümumilikdə nəzər yetirsək, hər iki tələbədən biri təqaüd alır.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, dövlət sifarişli yerlərin artması əlavə təqaüdlərin verilməsini azaltsa da, təqaüd alanların sayında azalma müşahidə olunmur.