Müəllimlərin əməkhaqqıları miqdarına onların dərs saatları birbaşa təsir göstərir. Yeni əməkhaqqı artımından sonra müəllimlərin 25 faizindən çoxu 1000 manatdan yüksək məvacib alacaq.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 2023-cü ildə müəllimlərin sertifikasiyasında 35 mindən çox müəllim iştirak edəcək: “Ötən il 11 133 müəllim sertifikasiya imtahanında iştirak edib. Onlardan 3127 müəllimin əməkhaqqılarına 35 faiz, 3426 müəllimin əməkhaqqılarına isə 10 faiz əlavələr edilib".
O qeyd edib ki, cari ildə Azərbaycan dili və ədəbiyyat müəllimləri, ibtidai sinif müəllimləri sertifikasiya imtahanında iştirak edəcək: "Növbəti illərdə regionlar üzrə də müəllimlərin sertifikasiyasıyadan keçirilməsi planlaşdırılır. Sertifikasiyadan keçən müəllimlərin əməkhaqqılarına sentyabr ayından əlavələr ediləcək”.