Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqılarının məbləği 3 dəfə artıb.
Xezerxeber.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə deyib.
O bildirib ki, sonuncu artımla müəllimlərin orta aylıq əməkhaqqıları 790 manata çatıb.
Qeyd edək ki, fevralın birindən diaqnostikası aparılan müəllimlərin maaşı 10 faiz artıb.