Xəzər Xəbər

Bakının bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət | 15:05 • 24 Fevral 2023
Bakının bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə saat 08:00-dan tədbir yekunlaşanadək Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək.

“Avtomobil sürücülərinə, keçirilən anım mərasiminin ölkə əhəmiyyətli olduğunu nəzərə alıb qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edirik. Anım mərasimində iştirak etmək istəyənlərdən ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur”, - deyə baş inspektoru vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar