Binəqədi rayonunda polis əməkdaşlarına tabesizlik göstərən şəxslər saxlanılıblar.
Xezerxeber.az xəbər verir ki, b barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları fevralın 23-də saat 18 radələrində Binəqədi rayonunun Daş Bazarı dairəsində Bakı şəhər sakini Yaşar Novruzovun idarə etdiyi “Hyundai” markalı avtomobili ödənilməyən cəriməsi olduğuna görə saxlayıblar.
Sürücüdən sənədlərini təqdim etməsi tələb edildikdə o və sərnişini, paytaxt sakini Ayaz İmanverdiyev polis əməkdaşlarına tabesizlik göstəriblər.
Həmin şəxslərin narkotik vasitənin təsiri altında olmaları şübhə doğurduğundan onlar Sumqayıt şəhərinə həkim müayinəsinə aparılıblar. Lakin orada da onlar analoji hərəkətlərini davam etdirərək tabesizlik göstərdiklərindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.