Bu günədək müntəzəm avtobus marşrutları ilə Şuşa və Ağdam şəhərlərinə 506 reys uğurla həyata keçirilib, 21 min 15 nəfər bu yerləri ziyarət edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, Şuşaya 17 min 21 sərnişin səfər edib. Onlardan 11 min 905 nəfər Bakı-Şuşa-Bakı, 5116 nəfər isə Əhmədbəyli-Şuşa-Əhmədbəyli reysi ilə gedib. Ağdama isə ümumilikdə 3994 sərnişin səfər edib ki, onlardan 2013 nəfər Bakı-Ağdam-Bakı, 1981 nəfər isə Bərdə-Ağdam-Bərdə reysi ilə gedib.