Xəzər Xəbər

Pensiya yaşı müzakirəyə çıxarıla bilər

Dinləmənin keçirilməsi təklif olundu
Cəmiyyət | 12:14 • 24 Yanvar 2023
Pensiya yaşı müzakirəyə çıxarıla bilər

Pensiya yaşına yenidən baxılması üçün Milli Məclisdə dinləmənin keçirilməsi təklif olunub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli məsələ qaldırıb. 

O bildirib ki, pensiya yaşı ilə bağlı çoxlu müraciətlər daxil olur və bu məsələ ilə bağlı dinləmənin keçirilməsinə ehtiyac var.

Xəbər lenti

Çox oxunanlar