Xəzər Xəbər

Polis 14 yaşlı qızın ərə verilməsi barədə məlumatı araşdırır

Cəmiyyət | 14:09 • 4 Noyabr 2022
Polis 14 yaşlı qızın ərə verilməsi barədə məlumatı araşdırır

Göyçay rayonunda erkən nikah faktı aşkarlanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, Göyçayın Çərəkə kəndində 14 yaşlı qızın sabah toyu olacaq, yeniyetmə Ağsu rayonunda yaşayan şəxsə ərə verilir.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov yerli medianın sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb və rayon Polis şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xəbər lenti

Çox oxunanlar