Xəzər Xəbər

“VAZ dairəsi”ni əvəz edən döngə istifadəyə verildi

Cəmiyyət | 14:23 • 31 Oktyabr 2022
“VAZ dairəsi”ni əvəz edən döngə istifadəyə verildi

Sıxlıq və tıxacın aradan qaldırılması məqsədilə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı km-də, "VAZ dairəsi" kimi adlanan ərazidə yerləşən yol qovşağında hərəkətin təşkili ilə bağlı hazırlanmış layihənin davamı olaraq Saray-Novxanı yolunda daha yaxın məsafədə yeni geri dönmə hissə yaradılıb.

XəzərXəbər Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, ərazidə zəruri yol nişanları quraşdırılaraq, üfiqi nişanlanma xətləri çəkilərək yeni geri dönmə sürücülərin istifadəsinə verilib.

Qeyd edək ki, bir müddət əvvəl “VAZ dairəsi”nin bağlanması bu istiqamətdə hərəkət edən insanların yolunun təxminən 6 kilometr uzanmasına səbəb olmuşdu və hərəkətin təşkilində edilmiş dəyişiklik kütləvi narazılıqla qarşılanmışdı.

Xəbər lenti

Çox oxunanlar