Xəzər Xəbər

Karantin rejiminin müddətinin uzadılması mövsümdən asılıdır - Yaqut Qarayeva

Cəmiyyət | 15:54 • 29 Oktyabr 2022
Karantin rejiminin müddətinin uzadılması mövsümdən asılıdır - Yaqut Qarayeva

Son iki-üç həftədir ki, Azərbaycanda koronavirusa yoluxma hallarında stabillik müşahidə olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Y.Qarayeva qeyd edib ki, Rusiyada aşkarlanan yeni ştamlar koronavirusun mutasiyalara uğrayan yeni formasıdır: “Mutasiyalar viruslara xas olan xüsusiyyətdir. Odur ki, yeni ştamların ortaya çıxması hər zaman olacaq. Yeni mutasiyaların insanların səhhətinə, xəstəliyin klinik gedişatına necə təsir göstərəcəyini isə öncədən proqnozlaşdırmaq mümkün deyil”.

Karantin rejiminin müddətinin uzadılması payız-qış mövsümündən asılı olduğunu bildirən TƏBİB-in rəsmisi qeyd edib ki, bu aylarda bütün respirator virus xəstəliklərinin sayında artım müşahidə olunur: “Eyni zamanda başqa virus infeksiyalarının sayının artması da qeydə alınır. Nəzərə alsaq ki, ölkədə havalar hələlik ciddi şəkildə soyumayıb və bu səbəbdən respirator virus xəstəliklərinin mövsümü də başlamayıb”.

“Son günlərdə yoluxma saylarının azalması infeksiyanın tamamilə ləğv olunması demək deyil. Hər zaman vurğulayırıq ki, yaşlılarda, xroniki xəstəlikləri olanlarda koronavirus infeksiyası daha ağır gedişatlı keçə bilər. Bu səbəbdən həmin kateqoriyaya aid şəxslərin vaksin olunması arzuolunandır. Bununla yanaşı, qoruyucu tədbirlərə də əməl edilməsi mütləqdir” -, deyə Y.Qarayeva bildirib.

Xəbər lenti

Çox oxunanlar