Xəzər Xəbər

Burun çəpəri əyriliyinin yaratdığı narahatlıqlar

Cəmiyyət | 13:56 • 29 Oktyabr 2022
Burun çəpəri əyriliyinin yaratdığı narahatlıqlar

Burun çəpərinin əyriliyi ilə əlaqədar olaraq bəzən orqanizmdə müəyyən narahatlıqlar hiss olunur. Həmin halla üzləşənlər dərhal əməliyyat olunmağa qərar verirlər.

Bununla əlaqədar həkim-otolorinqoloq Nigar Muradova deyib: “Burun çəpəri əyriliyinə Qafqazda yaşayan xalqların nümayəndələri arasında daha çox rast gəlinir. Burun çəpəri əyriliyi ciddi şikayətlərə səbəb olursa, məsələn, gecələr xoruldama, ağzı açıq yatmaq, aknoye, yəni yuxuda tənəffüsün dayanması kimi problemlər yaradırsa, bundan başqa xəstə özünü davamlı olaraq yorğun, əzgin hiss edirsə, artıq bu, həyat keyfiyyətinin ciddi şəkildə pozulması deməkdir. Belə hallarda həmin problemin aradan qaldırılması məsləhət görülür. Lakin hər burun çəpəri əyriliyi də əməliyyat tələb etmir”.

Xəbər lenti

Çox oxunanlar