Xəzər Xəbər

Kompüter qarşısında 2 saatdan çox oturmaq bu xəstəliklərə səbəb olur

Cəmiyyət | 16:01 • 28 Oktyabr 2022
Kompüter qarşısında 2 saatdan çox oturmaq bu xəstəliklərə səbəb olur
Kompüter qarşısında 2 saatdan çox oturmaq müxtəlif xəstəliklərə səbəb olur.
 
Kompüter qarşısında 2 saatdan çox oturmaq ürək xəstəliklərinin başlıca səbəbi hesab olunur.
 
Belə ki, mütəxəssislər yeni araşdırmada kompüter və televizor qarşısında çox əyləşməklə ürək xəstəlikləri arasında əlaqə və təsiri araşdırıb.
 
Honkonq universitetinin alimləri 400 min britaniyalının genetik tibbi informasiyasını təhlil edib.
 
İlkin mərhələdə onlardan heç birində insult və ürək xəstəliyinə aşkar edilməyib, lakin 5 il sonra 2021-ci ildə bu xəstəlikləri olanların sayı 9000 nəfəri keçib.
 
Araşdırmalardan sonra məlum olub ki, gündə 2-3 və daha çox müddətdə televizor, komputer qarşısında vaxt keçirənlərdə cəmi 1-2 saat baxanlara nisbətdə ürək xəstəliyi riski 16% yüksək, insult riski 10% çoxdur./azxəbər

Xəbər lenti